Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
APA-nın məlumatına görə, yeddi qarşılaşma baş tutub.
Bu görüşlərdə ən böyükhesablı qələbəyə “Seltik” imza atıb. Şotlandiyalılar “Nomme Kalyu”nu 5 cavabsız qolla qonaq ediblər.
Ümumiyyətlə, qonaqlar günü qələbəsiz başa vurub. Evdə oynayanlardan “Ferensvaroş”la “Srvena Zvezda” iki, BATE, ÇFR, “Maribor” isə bir top fərqi ilə qalib gəlib.
Günün yeganə heç-heçəsi İrlandiyada qeydə alınıb. Azərbaycan çempionu “Qarabağ” “Dandolk”la görüşdə hesabı açsa da, üstünlüyü əldən verib – 1:1.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
21:00. BATE (Belarus) – “Rusenborq” (Norveç) – 2:1
22:00. ÇFR (Kluj, Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail) – 1:0
22:00. “Ferensvaroş” (Macarstan) – “Valletta” (Malta) – 3:1
22:15. “Maribor” (Sloveniya) – AIK (İsveç) – 2:1
22:45. “Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) – 5:0
22:45. “Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) – 2:0
22:45. “Dandalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) – 1:1