Amerikalı model Elizabet Xoad itlə evlənməyə qərar verib.

“The Sun” xəbər verir ki, buna səbəb 49 yaşlı modelin bu qərarına səbəb onun son vaxtlar kişilərlə keçirdiyi ardıcıl uğursuz görüşlərdir.

Son səkkiz ildə müxtəlif tanışlıq saytları vasitəsilə görüşdüyü 220 kişidən sonra o, öz köpəyi altı yaşlı Loqan adlı retriverlə evlənməyi qərara alıb.

Qadın hazırda amerikan katolik kilsəsini bu nikaha razı salmağa çalışır.

O, 20 nəfərin iştirak edəcəyi ciddi mərasim planlaşdırır. Xoad nişan üzüyü taxmaq, gəlinlik geymək, itinə isə kepka, kəpənək qalstuk və palto geyindirməyi düşünür.

İtin iki dostu – haski cinsindən olan Ayaks və Ayı da toyda iştirak edəcək. Mərasimdən sonra isə model Loqanla birlikdə itlərin qalmasına icazə verilən hotellərdən birində “bal ayı” keçirməyi planlaşdırır.

Xoad itlə evlənməyin yaxşı ideya olduğunu, köpəyin onu aldatmayacağını, buraxıb getməyəcəyini düşünür: “Düşünürəm ki, bu, çox düzgün qərardır, baxamayaraq ki, çox adam məni dəli hesab edir”.

Загрузка...