Müğənni Ledi Qaqanın anası Sintiya Cermanotta model İrina Şeyklə aktyor Bredli Kuperin ayrılmasına münasibət bildirib.

Jurnalistlər məlum məsələ ilə bağlı şərh almaq üçün onun işlədiyi bərbərxananın qapısında keşik çəkməli olublar. Xanımın iş yoldaşları müxbirlərin çoxsaylı xahişlərinə cavab olaraq Sintiyanın sözlərini olduğu kimi çatdıracaqlarına söz veriblər.

Az sonra jurnalistlərdən biri SMS alıb. Sintiyanın iş yoldaşının yazdığı həmin ismarıcda qeyd olunub:

“O, köks ötürərək cavab verdi: “Həmişə günah kişilərdə olur”.

Xatırladaq ki, Şeyklə Kuperin ayrılmasında günahkar kimi daha çox Ledi Qaqanın adı çəkilir.

Загрузка...