Məşhur amerikalı model Tayra Benks dünya şöhrətli həmkarı Naomi Kempbell haqqında qalmaqallı açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, Tayra müsahibəsində Naominin onu podiumdan uzaqlaşdırmaq üçün hər yola əl atdığını söyləyib.

Super model “Qara pantera”nın onun başına açdığı oyunları yada salaraq, aralarında yaşanan qalmaqallı olayların pərdəarxası məqamlarını gün üzünə çıxardıb.

Tayra “The Wall Street Journal”a verdiyi müsahibədə 90-cı illərdə podiuma yeni çıxan vaxtlarında Naominin ona çox mane olduğunu deyib. Bütün bunlara rəğmən, Benks Kempbell ilə münasibətlərini düşmənlik adlandırmayıb: “Fransada yaşayıb, orada podiuma çıxdığım vaxtlar axşam tədbirlərdən evə gələndə səhərə gədər ağlayırdım. Çünki hər zaman kumir hesab etdiyim bu qadın (Naomi Kempbell – red.) əlindən gələni edirdi ki, məni podiumdan uzaqlaşdırsın. Bu isə dözülməz idi”.

Lakin Tayra yaşadığı neqativ hadisələrə baxmayaraq, Naomini hərəkətlərinə görə qınamır, əksinə hətta ona bəzi məqamlarda bəraət də qazandırır: “O düşünürdü ki, daha bir qaradərili qız Naomini kölgədə qoyub, yerini zəbt edə bilər. Çünki modellik biznesində qaradərili qız üçün yalnız bir yer var, o da yalnız Naomi Kempbellə məxsusdur”.

Hazırda iki model arasında dostluq və səmimi münasibətlər var. Hətta Tayra illər öncə Naomini kanalların birində yayımlanan “Şou Tayra Banks” verilişinə qonaq çağırıb.

Diqqət çəkən məqamlardan biri isə budur ki, verilişdə Naomi qonaq olarkən həmin anların tamaşaçılar tərəfindən lentə alınması qadağan edilib.

Загрузка...