ABŞ Prezidenti Donald Tramp Stokholm şəhərində həbs olunan repçi “ASAP Rocky”nin sərbəst buraxılması üçün İsveçin Baş naziri Stefan Löfvenə zəng edib.
Oxu.Az xəbər verir ki, D.Tramp şəxsi “Twitter” hesabında yazıb:
“Stefan Löfven şəxsən özü repçinin ədalətlə mühakimə olunacağı barədə mənə söz verdi”.
Qeyd edək ki, “ASAP Rocky” dostları ilə birgə Stokholmda küçədən keçən şəxsləri döyüb.
Şahidlərin sözlərinə görə, hadisə şəhərin məşhur restoranlarından birinin yaxınlığında baş verib.
Dava musiqiçinin tanışları ilə yoldan keçən iki şəxs arasında olub.