“Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat etməsi barədə xəbər tamamilə yalandır”. Bu barədə Türkmənistanın Moskvadakı səfirliyinin TASS-a verdiyi açıqlamada bildiirlirb.

Xatırladaq ki, Berdımühəmmədovun vəfat etdiyi barədə xəbəri politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən verib.

O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

O da bildirilir ki, prezidenti Almaniyada müalicə alan anası Oğulabadın səhhəti pisləşib və ondan ötrü Türkiyənin məşhur anastezioloqu Almaniyaya uçub.

Prezidentin özü isə məzuniyyətdədir və 10 gündür harada olduğu bilinmir. Ancaq onun adından müxtəlif qurumlara ünvanlanan təbrik məktubları oxunur.

Musavat.com

Загрузка...