“Rusiya Avropaya qarşı müharibə hazırlığı apardığı görüntüsü yaradır”

Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzetində dərc edilən məqalədə qeyd edilib.

Məqalə NATO baş katibinin keçmiş köməkçisi, təqaüddə olan general Henrix Breus və Kiyev Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoahim Krausanın açıqlamaları əsasında hazırlanıb.

Yazıda bildirilir ki, Rusiya NATO-nu hərəkətə keçməyə təhrik edir. Səbəbi isə, Rusiyanın qanunsuz nüvələrlə silahlanmasındadır. Buna görə də, NATO buna göz yummayacaq. Nəticədə Rusiyaya qarşı hərəkətə keçmə məcburiyyətində qala bilər.

Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA

“Kreml bilir ki, NATO ilə müharibədən qalib ayrıla bilməyəcək. Buna görə də, ehtimal edilir ki, nüvə silahı ilə Avropaya gözlənilməz zərbə endirə bilər” – deyə təqaüddə olan general Henrix Braus bildirib.

Braus iddia edib ki, Rusiyanın hədəfində olan digər yerlərin sırasında Qara dəniz bölgəsi, Ukrayna, Baltikyanı ölkələr və Polşa da var.

Загрузка...