2018-ci ilin oktyabr ayından vəzifəsini itirmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlı İstanbulda ən elit restoranlardan birində görüntülənib.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, R.Aslanlı sözügedən restorana öz istehasalı olan şərabla (Maison d’ Aslanli) gəlib. O həmin məkanda özü üçün şərab keyfi təşkil edib.

Onun tez-tez telefona baxması xüsusi diqqət çəkir.

Bundan əlavə, Aslanlının İstanbulun elitar və bahalı yerlərində dəyəri 25-30 milyon dollar olan bir neçə mənzilinin və villasının olduğu deyilir.

Qeyd edək ki, Türkiyə vətəndaşı olmağa hazırlaşdığl iddia olunan Rüfət Aslanlının Fransada şəxsi şərab zavodu və üzüm bağlarının da olduğu iddia edilir.

Rüfət Aslanlı Türkiyə barlarında belə görüntüləndi – VİDEO

 

Загрузка...