Bir neçə gündür KİV-də Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” raketlərini azərbaycanlı İqor Aşurbəylinin yaratması ilə bağlı məlumatlar geniş əks olunub. Bildirilir ki, Rusiyanın  ən gizli şirkətlərindən biri olan “Almaz-Antey” korporasiyasının rəhbəri olmuş İqor Aşurbəyli “S-300 Favorit” və “S-400 Triumf” raketlərini ixtira edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ixtiraçı-mühəndis bir neçə həftə öncə İTV-yə müsahibə verib.

Suriyada rus silahını bütün dünyaya tanıtdırması ilə məşhurlaşan alim bildirib ki, o, uzun müddət “S-300” və “S-400” zenit-raket koplekslərini hazırlayan “Almaz-Antey” hərbi-sənaye kompleksinin baş direktoru olub:

“Məhz mənim rəhbərliyim altında “S-300” sistemləri hazırlanıb və Azərbaycana göndərilib. Bilirəm ki, həmin komplekslər hərbi paradda da nümayiş olunur.

O ki, qaldı bu silahın Azərbaycan üçün əhəmiyyətinə, onu deyə bilərəm ki, “S-300” kompleksi real geosiyası müdafiə silahıdır. Bu silah Azərbaycana öz hava  məkanının suverenliyini qorumaq imkanı verir. Hesab edirəm ki, “S-300”lərə sahib olan Azərbaycan səması etibarlı qapadılıb. Hətta, Azərbaycan bu sxemə malik olmaqla həm də qonşu ölkənin hava məkanını 150 km-dən çox məsafədən nəzarətdə saxlaya bilir”.

ABŞ-ı qıcıqlandıran Aşurbəyli - “S-400”ü necə ixtira edib?

İqor Aşurbəyli Türkiyənin Rusiyadan “S-400 Triumf” zenit raket kompleksini alması ətrafında yaranan vəziyyəti də şərh edib. Onun fikrincə, gələcəkdə Rusiya ilə Türkiyənin “S-400” sistemlərini birgə istehsal etməsi mümkündür: 

“Əlbəttə ki, bu,mümkündür. Bu, silah ticarətində beynəlxalq təcrübədir. Alıcı ölkə hər zaman istehsalın bir hissəsinin öz ölkəsinin ərazisində olmasını istəyir. İlk növbədə, həmin ölkə öz sənayesini yükləmək, ikincisi isə yeni texnologiyanı mənimsəmək və gələcəkdə həmin sistemləri özü istehsal etmək istəyir. Bura bariz nümunə Çindir. İyirmi ildən çoxdur ki, Rusiyadan “S-300″ləri alırdılar. Sonradan dedilər ki, daha almayacağıq, özümüz istehsal edəcəyik. Amma nəsə alınmadı. İndi bizdən “S-400” komplekslərini alırlar”.

ABŞ-ı qıcıqlandıran Aşurbəyli - “S-400”ü necə ixtira edib?

İxtiraçı-mühəndis ABŞ-ın “S-400″lərlə bağlı Türkiyəyə təzyiqi məsələsinə də münasibət bildirib. 

Aşurbəyli qeyd edib ki, bir sıra texniki göstəricilərinə görə, “S-400” zenit-raket komplekslərinin dünyada analoqu mövcud deyil və bu, Vaşinqtonu qıcıqlandıran əsas səbəblərdən biridir. Digər səbəb isə, ABŞ-ın silah bazarını monopoliyaya almağa cəhd etməsidir.

Xatırladaq ki, əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.

“Sosium” holdinqin Direktorlar Şurasının sədri, KB-1 “Almaz” elmi-sənaye birliyinin elmi rəhbəridir. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, 2001-2011-ci illərdə “Almaz-Antey” konstruktor bürosunun rəhbəri olub, texnika elmləri doktorudur. 12 oktyabr 2016-cı ildə bəşəriyyət tarixində ilk dəfə olaraq kosmik dövlətin – Asqardiyanın yaradıldığını elan edib, hazırda onun kralıdır.ABŞ-ı qıcıqlandıran Aşurbəyli - “S-400”ü necə ixtira edib?

İ.Aşurbəyli həmçinin, 100-dən çox elmi əsərin, o cümlədən bir ensiklopediya və iki monoqrafiyanın müəllifi, onlarla mükafatın laureatıdır.

Onu da bildirək ki, İ.Aşurbəylinin mənsub olduğu Aşurbəyovlar Azərbaycan xalqının məşhur soylarından biridir. Nəslin kökündə Aşur xan Avşar dayanır. O, Avşar elindəndir. Bu el haqqında məlumatlar XVIII əsrə gedib çıxır. Məşhur Nadir şah Əfşar da bu tayfadandır. Bu nəsildən Təzə Pir məscidini inşa etdirən Nabat xanım Aşurbəyova, neft sənayeçisi Teymur bəy Aşurbəyov, məşhur tarixçi Sara Aşurbəyli kimi şəxsiyyətlər çıxıb.

ABŞ-ı qıcıqlandıran Aşurbəyli - “S-400”ü necə ixtira edib?

O, görkəmli alim Rafiq Əliyevin aspirantı olub.

1983-cü ildə İ.Aşurbəyli Viktoriya adlı xanımla ailə həyatı qurub, bir il sonra isə onların oğlu – Ruslan dünyaya gəlib. Ailə 1990-cı ildə Moskvaya köçüb.

Загрузка...