İngiltərənin “Arsenal” klubu Braziliya millisinin futbolçusu Everton Suareşin transferi məsələsini həll edib.

Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın “Fox Sports” nəşri məlumat yayıb.

“Copa America”da üç qol və iki məhsuldar ötürməsi ilə ölkəsini çempion etmiş 23 yaşlı oyunçu üçün “Arsenal” və Braziliyanın “Qremio” klubları 36 milyon funta razılığa gəliblər. Artıq “Arsenal”ın öz tibbi heyətini Braziliyaya sol cinah hücumçusu olan Evertondan test götürməsi üçün göndərdiyi iddia edilir.

Qeyd edək ki, bu il yenidən UEFA Avropa Liqasında çıxış edəcək “Arsenal” iyulun 2-də daha bir braziliyalı hücumçu ilə müqavilə bağlamışdı. “Topçular” 18 yaşlı forvar Qabriel Martinellini heyətinə qatmışdı.

Загрузка...