Gəncə şəhərində paurliftinq üzrə idmançı 1998 ci il təvəllüdlü Səmədova Aytac Rizvan qızının səhətində ciddi problemlər yaranıb.
İdamnçının BAKU.WS-in bölgə muxbirinə verdiyi məlumata əsasən, onun təcili əməliyyata ehtiyacı var. Uzun müddətdir skalyoz (onurğa sümüyünün sağa və sola doğru əyriliyi) xəstəiyindən əziyyət çəkən Aytac Səmədovanın ağrıları kəskin artıb.
“Bədənimdə ağrılar kəskin artıb. Həkimlər əməliyyatın qaçılmaz olduğunu, əks təqdirdə xəstəliyin daha ağır fəsadlara hətta ölümə belə gətirəcəyini bildirirlər. Əməliyyat etdirməyə isə təəssüf ki, maddi imkanım çatmır”.
Aytac Səmədova paurliftinq idman növü üzrə dünya birinci və ölkə çempionudur. Bundan əlavə o 2015 ci ildə ABŞ-ın Kaliforniya Ştatının Los Angeles şəhərində Ümumdünya Xüsusi Yay Olimpia Oyunlarının gümüş mükafatçısıdır. Aytac Səmədova həmçinin Gəncə Dövlət Universitetinin xarici dillər fakultəsinin ikinci kursunda təhsil alır.