Füzuli rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Horadiz qəsəbəsində qeydə alınıb.

Rayon sakini Namiq Həsənov çayçı işlədiyi çayxanada həmyerlisi Elxan Abbasova bir neçə bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib. Həkimlər E. Abbasovun öldüyünü bildiriblər. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Həsənov tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Загрузка...