Zaur Kamal aparıcısı olduğu “5/5” proqramında rəqqasə Fatimə Fətəliyevanı aldadıb.
BAKU.WS xəbər verir ki, canlı efir olduğu halda Zaur qonaqlara reklam fasiləsi olduğunu elan edib.
Bunu eşidən Fatimə prodüserindən rəqqasların hazır olub-olmadığını soruşub. Rəqqasların çıxışa hazır olmaması Fətəliyevanı əsəbiləşdirib və o, prodüseri ilə kobud danışıb.
Rəqqasənin prodüseri ilə sərt dialoquna canlı efiri izləyən hər kəs şahid olub.