Bakıda avtomobildən oğurluq edilib.
“Minval.İnfo” xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında baş verib. Gecə saatlarında park halında olan “Mercedes” markalı avtomobilə yaxınlaşan 2 şəxs oğurluq hadisəsi törədiblər.
Belə ki, onlar yolboyu sağa-sola baxaraq ətrafı gözətləyiblər. Bunun ardından qəfil avtomobilə yaxınlaşıb şüşəsini qırıb, içəridə olan 40 manat pulu, bahalı eynəyi və energetik içkini oğurlayıblar.
Həmin anlar yaxınlıqda olan mühafizə kameraları tərəfindən anbaan qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik: