Azərbaycan vətəndaşları Rəsulov Elbrus Seyfəli oğlu və həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İrandan ölkəyə gələrkən Astara gömrük postunda gömrük nəzarəti zamanı saxlanılaraq, onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, Elvira Ağayevanın üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada 330 ədəd “metadon” adlı həblər aşkar edilib.

Azərbaycana arvadının alt paltarında narkotik keçirmək istəyən ər saxlanıldı – FOTO
Fakt üzrə ilkin araşdırma zamanı E.Ağayeva həmin həblərin onunla birlikdə İrandan gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda, E.Rəsulov onun dediklərini təsdiq edib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Загрузка...