Bir aprel şəhidinin qardaşı digər aprel şəhidinin bacısı ilə evlənib.

Toy məclisi paytaxtın Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən şadlıq saraylarından birində baş tutub.

Aprel şəhidi Nurəddin Mirzəyevin qardaşı Nəciməddin Mirzəzadə digər aprel şəhidi Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyeva ilə ailə həyatı qurub. Onların tanışlığı da başqa bir şəhidin qardaşının toy məclisində olub.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Toy məclisində şəhid valideynləri ilə yanaşı, millət vəkilləri, hərbçilər, Qarabağ qaziləri, eləcə də Abşeron və Zəngilan Rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Müdafiə naziri Zakir Həsənovun adından təbrik məktubu oxunub və bəy-gəlinə nazirin adından qiymətli hədiyyələr verilib. Çıxış edənlər toyu tarixi hadisə adlandırıb və cütlüyə xoşbəxtlik arzulayıb.

Sonda hərbçilər də bəylə gəlini təbrik edərək onlara hədiyyələr təqdim ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Загрузка...