İlkin məlumata görə, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K. Quluzadə deyib ki, həmin şəxslərin əksəriyyəti ambulator yardım alandan sonra evə buraxılacaq:

“4 nəfər orta və ağır xəsarət alıb. Xəsarət alanlar arasında həm xarici, həm də yerli vətəndaşlar var. Hüquq-mühafizə orqanları ilə birgə araşdırmadan sonra daha geniş məlumat veriləcək. Hazırda Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedir”.
BAKU.WS

Загрузка...