Son vaxtlar Azərbaycanda baş verən yol qəzalarının çoxu sürücülərin məsuliyyətsizliyi üzündən olur.

BAKU.WS xəbər verir ki, yol qəzalarının əksəriyyəti sürət həddinin aşması, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması üzündən olur.

Belə sürücülərdən biri də sosial şəbəkələrdə paylaşılan şəxslərdən biridir.

Belə ki, sosial şəbəkələrdə yayılan videodan göründüyü kimi “Mersedes Vito” markalı, 99 RB 822 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolda çox təhlükəli sürüb.

Sürücü avtomobilin şüşəsindən ayağını çıxarıb. Bununla da, həmin şəxs yolda qəza vəziyyəti yaradıb.

Həmin görüntülər bir çox sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib və sürücü tənqidlərə məruz qalıb.

Böyük səs-küyə səbəb olan videonu təqdim edirik:

Загрузка...