Bakının mərkəzində şirniyyat evinə girən iki qadın orada satıcını aldadaraq, dələduzluq ediblər.
Bu barədə mağazanın direktoru Elman Cavadov BAKU.WS-ə məlumat verib.
Onun sözlərinə görə, “Torqovı”da yerləşən şirniyyat evinə daxil olan xanımlar 6 manatlı mal götürüblər. Malın pulunu verərkən qadınlardan biri 100 manat çıxarıb.
Daha sonra 1 manat da çıxarıb və satıcıya verib ki, ondan 95 manat pul qalığını alsın. Lakin qadın 1 mnaatı verib, 100 manatı isə ehmalla qoyub çantasına.
Bu barədə mağazanın rəhbəri polisə də şikayət edib.