Rusiyada 55 yaşlı azərbaycanlı itkin düşüb.

“Bloknot-volgograd.ru” xəbər verir ki, Volqoqrad vilayətinin Krasnoarmeysk rayonunda yaşayan Zingirov Vaqif Qiyamət oğlu evdən çıxıb və geri dönməyib.

Bu barədə polisə məlumat verən V.Zingirovun həyat yoldaşı Diana bildirib ki, ərindən bir neçə gündür xəbər ala bilmirlər. Onun heç bir xəstəliyi, narahatlığı olmayıb.

184 sm boya malik Vaqif Zingirov evdən çıxarkən əynində mavi cins şalvar və qoluqısa qara zolaqlı ağ köynək olub.

Sözügedən şəxs gedərkən pasportunu da özü ilə götürüb.

Volqoqradda 55 yaşlı azərbaycanlı itkin düşüb - FOTO

Загрузка...