Dövlət başçılarının rəsmi səfərləri, bu səfərlər zamanı keşirilən tədbirlər, qarşılanma, yolasalma mərasimləri ilə ölkə vətəndaşları televiziya və mətbuat vasitəsi ilə məlumat alırlar. Çoxlarına elə gəlir ki, siyasi liderlərin səfərləri həmişə əvvəlcədən planlaşdırılmış qaydada dəqiqliyi ilə həyata keçir. Amma yox, bəzən birincilər də bu səfərlər zamanı gözlənilməyən və maraqlı hadisələrlə üzləşirlər.

Belə hadisələrdən biri də Amerika Birləşmiş Ştatlarının prezidenti Riçard Niksonun SSRİ-yə səfəri zamanı baş verib.
1945-ci ildə Franklin Ruzveltin Yalta konfransında iştirakını nəzərə almasaq, Ricard Niksonun bu səfərini ABŞ-ın birinci şəxsinin SSRİ-yə ilk rəsmi səfəri kimi qeyd edə bilərik. Onu da qeyd edək ki, Nikson bundan əvvəl 1959-cu ildə vitse-prezident kimi SSRİ-də səfərdə olub.

?_nc_cat=103&_nc_oc=AQkA2KmQC7LpeYQCUrikSWav4DcV8CrE-ExrvcxPA3wOspm35Sf4vj3TBi-fUk5TR-4&_nc_ht=scontent.fgyd6-1.fna&oh=4b018ec77c9b5294528864a8f6e4f3f7&oe=5DC20590″ width=”711″ height=”477″/>

Riçard Niksonu Moskvanın Vnukovo-2 aeroportunda SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin və SSRİ xarici işlər naziri Andrey Qromıko qarşılayıblar. Beləliklə, 1972-ci il mayın 22-də ABŞ prezidentinin SSRİ-yə 9 günlük zəngin proqramlı səfəri başlanıb. Proqrama görə, mayın 29-da Riçard Niksonun Kiyevə səfəri də nəzərdə tutulub.

Mayın 29-da Nikson Kosıginin müşayiəti ilə Kiyevə uçmaq üçün Vnukovo-2 hava limanına gəliblər. Protokol qaydalarına görə, burada hər iki ölkənin dövlət himnləri səsləndirilib. Kiyevə uçuş ABŞ prezidentini Moskvaya gətirən təyyarə ilə deyil, SSRİ-yə məxsus İl-62 təyyarəsi ilə nəzərdə tutulub. Himnlər çalındıqdan sonra Nikson və Kosıgin trapa yaxınlaşanda təyyarənin ekipaj komandiri Kosıginə yaxınlaşıb və mühərriklərdən birinin işə düşmədiyini söyləyib.

?_nc_cat=100&_nc_oc=AQlRTDbFNcZdaQ9ripXOwvQE_6T6qW6P9is48q13rxLV29KZLc0Y2nByYbrnt_J7Gak&_nc_ht=scontent.fgyd6-1.fna&oh=d51951680c02c23d293b80460fb8ddcf&oe=5DC31C20″ width=”758″ height=”505″ />

Adətən belə hallarda ehtiyat təyyarə uçuşa hazırlanır. Nümayəndələr bundan sonra yaxınlıqdakı digər təyyarəyə miniblər. Bir neçə dəqiqə keçsə də, mühərrikləri işə düşən təyyarə yerindən tərpənməyib. Bu məqamda SSRİ-nin mülki aviasiya naziri Buqayev təyyarəyə daxil olub və bildirib ki, təyyarənin salonunna elektrik enerjisi gəlmir və problemi aradan qaldırmaq üçün vaxt tələb olunur. Kosıgin Niksondan təyyarədən düşməyi xahiş edib və onlar hava limanındakı xüsusi gözləmə zalında bir saata qədər ləngiməli olublar. Nəhayət, bir saatdan sonra təyyarənin uçuşa hazır olması haqqında Kosıginə məruzə ediblər.

Həmin görüşdə iştirak edən Kremlin baş tərcüməçisi Viktor Suxodrev bu xoşagəlməz hadisəni belə xatırlayıb:
“Dövlət məmurları üçün nəzərdə tutulan gözləmə zalında Nikson və nümayəndə heyəti təxminən bir saat gözləmək məcburiyyətində qaldılar. Təmkini ilə fərqlənən Aleksey Kosıgin çox həyəcanlı və əsəbi görünürdü. Həhayət hər şey qaydasına düşdü. Təyyarənin trapına yaxınlaşanda Kosıgin məni yanına çağırdı, üzünü Niksona tutub məndən söylədiklərini tərcümə etməyi xahiş etdi:

?_nc_cat=103&_nc_oc=AQmSMllEs8AS3W42eNZo89BnKrx8dHW7mm6-3OhbMU1Au4l0p7AmkbqjisSFAV5QWe4&_nc_ht=scontent.fgyd6-1.fna&oh=551a70344fbf64191a3753889de8af6b&oe=5DA754B2″ width=”754″ height=”427″/>

– Cənab Nikson, sizcə, mən mülki aviasiya naziri Buqayevi vəzifəsindən azad etsəm, ədalətli qərar çıxarmış olarammı?

Güclü yumor hissinə malik siyasətçi kimi tanınan Nikson gülümsəyərək Kosıginə cavab verdi:

– Cənab baş nazir, (Nikson Kosıginə belə müraciət edirdi) əlbəttə ki, bu ədalətsiz olar. Çünki o, problemi əvvəlcədən görüb. Əksinə, bu sayıqlığa görə ona təşəkkür elan etmək lazımdır. Belə bir vəziyyət mən Afrikaya uçanda da baş vermişdi. Mən onda təyyarənin ekipajına minnətdarlığımı bildirmişdim…”

Riçard Nikson Ukrayna səfərindən sonra yenidən Moskvaya qayıdıb. Siyasi icmalçılar onun SSRİ-yə bu səfərini olduqca səmərəli və hər iki dövlət üçün əhəmiyyəli bir səfər kimi qiymətləndiriblər. Leonid İliç Brejnevlə Riçard Nikson bir sıra mühüm sənədlərə imza atıblar.

?_nc_cat=102&_nc_oc=AQnByxgldJqWbVMcIqK2IQZ5DfVlrcWyF97Ti1VWwodur2Fzm1WngRSmeN_s3rAkMXo&_nc_ht=scontent.fgyd6-1.fna&oh=e37412d1737e641396704aa3cc00ce34&oe=5DB7472F” width=”767″ height=”510″ />

Kremldə ali qonağın şərəfinə verilən yekun ziyafətdə iki dövlət başçısının səmimi zarafatları da dünya siyasətçiləri tərəfindən maraqla qarşılanıb. Breynev Niksonun şərəfinə badə qaldıraraq bundan sonra da bütün sahələrdə qarşılıqlı əməkdaşlığın daha inkişaf edəcəyinə əminliyini bildirib.

Zarafat etməyi xoşlayan Nikson ziyafətin sonunda yalnız tərcüməçinin eşidəcəyi tonda Brejnevə müraciət edib:

?_nc_cat=103&_nc_oc=AQmp1Z_Gyl6pgsN9RRfF1QrMk9VNvyyYtlaanosgFGJqUgQCJ5eHB-8XbZKWjPLmGjg&_nc_ht=scontent.fgyd6-1.fna&oh=535a3ba8aafd82869ef3bce6d58ab6b5&oe=5DBA88A7″ width=”773″ height=”500″/>

– Cənab Leonid İliç, biz bir çox mühüm müqavilələrə, sənədlərə imza atdıq. Bunlar hamısı sevindiricidir. Amma sizə bir təklif də verə bilərəm. Əgər gələcəkdə istəsəniz, Amerikada istehsal olunan təyyarələrin SSRİ tərəfindən alınması ilə bağlı da bir müqavilə imzalaya bilərik. Onu da qeyd edim ki, bizim təyyarələrin mühərrikləri dərhal işə düşür və gözləmə zalında heç kimin boş vaxt keçirməsinə ehtiyac qalmır.

Brejnev irad xarakterli bu təklifdən qətiyyən təmkinini pozmayaraq həmkarına özünəməxsus təbəssüm göstərərək cavab verib:

– Cənab Nikson, nəzərə alın ki, təyyarənin mühərrikinin işə düşməməsi heç də texniki problem deyil. Biz bununla ölkəmizə gələn siyasətçilərə əlavə vaxt veririk ki, səfər öncəsi çıxaracağı qərarlar haqqında bir daha düşünsün. Odur ki, sizin gözləmə zalında keçirdiyiniz bir saat vaxt heç də boşuna getməyib. Elə bəlkə də, səfəriniz çərçivəsində sonuncu rəsmi görüşümüzdə əldə etdiyimiz müsbət razılaşmalar elə həmin bir saat ərzində düşündüklərinizin məhsuludur…

İlham Cəmiloğlu
Musavat.com

Загрузка...