Astarada ər arvadını bıçaqlayıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kolatan kənd sakini 37 yaşlı Ramin Quliyev öz həyat yoldaşı 38 yaşlı Elazə Quliyevaya bıçaqla bir neçə xəsarət yetirib.

Döş qəfəsinin dəlinməsi və deşilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən yaralının hazırda reanimasiya şöbəsində müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...