Hövsan yolunda ağır qəzada 5 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, axşam saatlarında Hövsan yolunda qəza baş verib.
“Ford” markalı yük avtomobili “BakuBus” MMC-yə məxsus 175 nömrəli marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub.
Nəticədə yük avtomobilinin sürücüsü və sərnişin, eləcə də, avtobusda olan bir neçə sərnişin xəsarət alıb.
Yaralıların vəziyyəti və şəxsiyyəti hələlik məlum deyil.
Qeyd edək ki, uzun illərdir Hövsan yolunda işıq dirəkləri olsa da, dirəklərə elektrik enerjisi verilmir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, yolun qaranlıq olması səbəbindən hər ay bu yolda ölümlə və xəsarətlə nəticələnən ağır qəzalar baş verir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.