Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Ağçiçəyim” gül mağazasında baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını və 20-dək canlı qüvvəsi cəlb olunub.

Yanğın səhər saat 06:30 radələrindən başlayıb. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır.

***

Bakının Nizami rayonu ərazisində, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül mağazasında yanğın başlayıb.

“Report” xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Загрузка...