Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.
Medianews.az “Report”a istinadla xəbər verir ki, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.
Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.