Dünya şöhrətli aktyor Ceyson Steytemin ayaqla zərbə hərəkəti son günlər diqqət mərkəzinə düşüb. Bu trendə azərbaycanlı karateçi Niyazi Əliyev də qoşulub.

Oxu.Az xəbər verir ki, Niyazi idman zalında məşhur aktyorun “Instagram” hesabında 15 milyon baxış toplayan hərəkətini uğurla təkrarlayıb.

O, çətin ərsəyə gələn hərəkəti telefonun yaddaşına həkk edərək “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Peşəkar idmançı paylaşımına bu hərəkətin onun üçün yenilik olmadığını da yazıb:

“Bu, bizim həyat tərzimizdir və sadə bir hərəkətdir”.

Загрузка...