Gəncə şəhərindəki ticarət mərkəzlərinin birində bədbəxt hadisə baş verib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Rüstəmzadə Əli Qədir oğlu hündürlükdən yıxılaraq, ağır xəsarət alıb.
Şəhərdəki xəstəxanalardan birinə çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.