Rusiyada bir deputat digərinin avtomobilini yandırıb.

“Lenta.ru” xəbər verir ki, hadisə mayın 26-da Nijeqorod əyalətinin Lıskovo şəhərində baş verib.

Ərazidəki təhlükəsizlik kamerasının qeydə aldığı kadrlardan aydın görünür ki, bir nəfər “Audi” markalı avtomobilə yaxınlaşaraq, əvvəlcə benzin tökür, ardınca isə ona od vurur.

Avtomobilin sahibi şəhər dumasının deputatıdır. Maraqlıdır ki, kadrları izlədikdən sonra o, keçmiş həmkarını tanıyıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır.

Загрузка...