İtkin düşmüş qadın futbolçunun cəsədi tapılıb.

“Lenta.ru” xəbər verir ki, futbol üzrə İsveçrə qadınlar yığmasının və “Yanq Boyz”un üzvü Florian İsmailinin cəsədi göldə aşkarlanaraq, çıxarılıb.

İyunun 30-da itkin düşməsi ilə bağlı xəbərlər yayılan İsmailinin cansız bədəni genişmiqyaslı axtarışlardan sonra xüsusi robotlar vasitəsilə gölün 204 metr dərinliyindən tapılıb.

Rəfiqələrinin söylədiklərinə görə, bir neçə xanım birlikdə icarəyə götürdükləri motorlu qayıqla göldə gəzməyə qərar veriblər.

Sahildən 700 metr uzaqlaşdıqdan sonra Florian üzmək istəyib və suya tullanıb. Bundan sonra ondan bir xəbər çıxmayıb.

Bir neçə gün dalğıclar həmin ərazidə axtarışlar aparsalar da, heç bir əlamətə rast gəlməmişdilər.

Qeyd edək ki, İsmaili 2011-ci ildən “Yanq Boyz”da, 2014-cü ildən isə İsveçrə millisində çıxış edirdi.

Загрузка...