Şəmkir rayonunda yıxılaraq xəsarət aldığını deyən şəxsin bıçaqlandığı məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 38 yaşlı İntiqam Əliyev şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayonunda yerli sakin naməlum şəraitdə ağır xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1981-ci il təvəllüdlü şəxs İntiqam Əliyev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya gedib.

O, dərhal həkimlər tərəfindən cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

İ.Əliyev xəsarəti ehtiyatsızlıqdan aldığını, yıxılaraq qarnına dəmir batdığını bildirsə də, məsələ polis əməkdaşları tərəfindən araşdırılır.

Загрузка...