“Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıqlı idik”.

Minval.info-nun məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Ufa” klubu ilə yoxlama matçı (2:1) barədə fikirlərini Ağdam təmsilçisinin rəsmi saytına açıqlayıb: “Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur. Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq”.

Загрузка...