Əməkdar artist Hüsniyyə Mürvətova həmkarları evlə mükafatlandırılandan sonra yazdığı statusla diqqət çəkib.

Minval.info xəbər verir ki, aktrisa evsizlikdən şikayətlənib: “Heç nə istəmirəm, nə ev, nə şərait… Elə 10 nəfərlə ata evində qalmaq yaxşıdır, vallah. Biz mehriban ailəyik. Birdən evim olar, özümü pis hiss edərəm. Daha rahat yaşasam, mənə pis təsir edər. Yox, olmaz. Bu gün-sabah 50 yaşım olacaq. Nə qalıb ki… Ev alaram, düşər-düşməzi olar – ölüb edərəm. Yox, evi neyləyirəm? İstəmirəm!”

Qeyd edək ki, prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə və Vəfa Zeynalovaya ev hədiyyə edib.

Загрузка...