“Range Rover”lə iki nəfərin ölümünə səbəb olan qəza törədən polis əməkdaşı növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.

Məhkəmə Xəyal Məmmədovun günahsız olduğu qənaətinə gəlib və onun barəsində bəraət hökmü çıxarılıb.

Xatırladaq ki, prokuror X.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə bu il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. Xəyal Məmmədovun yüksək sürətlə idarə etdiyi “Range Rover” Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobillə toqquşub. Qəza zamanı “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olan polis serjantı Xəyal Məmmədov hadisə yerindən qaçıb. O, daha sonra həbs edilib.

Загрузка...