Qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılovanın küçədə qadına hücum etməsi ilə bağlı yeni xəbər var.

Musavat.com-un əldə etdiyi məlumata görə, boksçunun Günay Zeynalova adlı qadına Xaqani bağının yaxınlığında hücum etməsi və maddi-mənəvi ziyan vurması təsdiq edilib və G. Zeynalova zərərçəkmiş qismində tanınıb.

Bundan sonra Məryəm Cəbrayılovaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq) maddəsi ilə cinayət işçi açılıb. Hətta onun ölkədən çıxışına qadağa da qoyulub. Lakin barəsində cinayət təqibi olmasına baxmayaraq M. Cəbrayılova “Minsk-2019” II Avropa Oyunlarında iştirak etmək üçün Belarusiyaya yola düşüb.

Qeyd edək ki, Günay Zeynalova adlı qadın avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm Günaya hücum edib.

Daha sonra Məryəm Cəbrayılova G. Zeynalovanın səsləndirdiyi ittihamların əsassız olduğunu bildirmişdi.

Загрузка...