Avstraliyanın Rəqabət üzərində nəzarət üzrə təşkilatı Facebook, Google və digər texnoloji nəhənglərə qarşı yeni qaydaların tətbiq olunması üçün çağırış edib.

Fransanın AFP agentliyinin məlumatına əsasən, belə bir aktın qəbul olunması ciddi qlobal nəticələr törədə bilər.

Xəbərdə Avstraliya Rəqabət və istehlakçıların müdafiəsi komissiyasının (ACCC) tövsiyyələrinin “şəxsi konfidensial informasiyadan sui-istifadə olunması və onlardan dezinformasiya məqsədləri ilə yararlanmasının qarşısının alınması naminə sözügedən rəqəmsal begemotların ram edilməsi yolunda ən böyük addımlardan” biri olaraq göstərilir.

18 aylıq araşdırmadan sonra ACCC bu ilin 30 iyununa qədər yekun hesabatı təqdim etməlidir.

Buraya texniki şirkətlər tərəfindən personal məlumatların emalına və onlardan “qeyri şəffaf” alqoritmələrin köməyi ilə reklam məqsədilə istifadə olunmasına nəzarət edilməsinə qədər bütün təkliflər yer alıb.

328 səhifəlik sənəddə Google və Faceboook kimi şirkətlərin bazar hakimiyyətinin miqyasından təşvişlə bəhs edilir.

Burada Google və Facebook-un Avstraliyanın xəbər sənayesinə vurduğu zərbədən də danışılır. Belə ki, 2014-cü ildən bu yana ölkədə onlayn mətbuat və qəzetlərin sayı 20% azalıb. Daha doğrusu, rəqəmsal reklamlardan gəlirlərin bir çoxu bu iki texniki titanın əlində cəmləşib.

Bütün bunlar göstərilərək, yekun hissədə Avropada məlumatların qorunması reqlamentinə bənzər tədbirlərin görülməsi, habelə şəxsi həyata qeyri-qanuni müdaxilə edilməsinə görə sanksiyaların tətbiq edilməsi, kiçik rəqəmsal şirkətlərin böyüklər tərəfindən udulmasına nəzarət olunması ilə bağlı tövsiyyələr verilib.

Musavat.com

Загрузка...