“Boeing”in 400-dən çox pilotu şirkəti İndoneziya və Efiopiya səmalarında qəzaya uğrayan “Boeing 737 MAX” təyyarələrindəki qüsurların gizlədilməsinə görə məhkəməyə verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bununla bağlı verilən iddiaya oktyabrın 21-də Çikaqo məhkəməsində baxılacaq.

“Boeing MAX”-ın konstruksiyalarında heç bir hüduda sığmayan tərzdə nöqsanları gizlətməsi iki təyyarənin qəza etməsinə və onların bütün dünyada istismarının dayanmasına səbəb olub”,-deyə iddia ərizəsində deyilir.

İddiaçılar pilotların rəhbərliyin səhvi ucbatından maaşların alınmasında çətinlik çəkdiklərini, habelə digər iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiklərini qeyd ediblər.

Bu il iyun ayının 19-da CNBC kanalı ABŞ-ın “Southwest Airlines” hava şirkətinin pilotlarının da “Boeing”dən “737 MAX” təyyarələrinin istismarına qoyulan qadağaya görə maaşlarından məhrum qalmalarına görə təzminat tələb etdiklərini bildirmişdi. Telekanalın məlumatına əsasən, “Southwest Airlines” eyni seriyadan olan təyyarələrin istifadə olunmamasına görə ayda 8,5 milyon dollar pul itirir.

Xatırladaq ki, “Boeing”in rəhbəri Dennis Melenberq “737 MAX”lardakı “MCAS” avtomatik idarəetmə sistemlərinin işində ciddi xətalar olduğunu özü etiraf edib.

Bu ilin mart ayının 24-dən etibarən ABŞ, Rusiya və Avropa Birliyinə üzv olan ölkələr təhlükəsizliyə görə həmin seriyadan olan təyyərələrin uçuşunu qadağan edib.

Musavat.com

Загрузка...