Evliliyi cəmi 36 saat davam edən məşhur Türkiyə müğənnisi Zerrin Özer həyat yoldaşı Murat Akıncıdan boşanmaqdan vaz keçsə də, qayınatasının ona zəng edərək oğlu ilə bağlı həqiqətləri çatdırması müğənnini qəti addım atmağa vadar edib.

“Hürriyet” xəbər verir ki, bundan əvvəl “Ərimə inanıram, boşanmıram” söyləyən Z.Özerin boşanmaq qərarı artıq dəqiqləşib.

M.Akıncının atası “Kanal D”-də yayımlanan “İkinci sayfa” proqramına zəng vuraraq oğlunun dələduz olduğunu, əsasən imkanlı qadınlarla münasibət quraraq onların sərvətini mənimsədiyini və saxta ad-soyaddan istifadə etdiyini söyləyib:

“Saxta adı Mahmud Atalaydır. Hamını aldadır. Mən onu övladlıqdan çıxartmışam. Başqa ailəm, tərbiyəli uşaqlarım var. 2005-ci ildən onunla görüşmürəm. Özünü varlı göstərib insanlara qarşı dələduzluq edir. Saxtakarın biridir. Məqsədi Zerrin xanımın sərvətini ələ keçirməkdir. Zerrin xanımın evinə girməsi onu bitirməsi deməkdir”.

Yaşadığı xoşagəlməz hadisələrdən sarsılan Z.Özer isə məsələyə bu cür şərh verib:

“Boşanmaqdan imtina etmişdim, amma atasını dinlədikdən sonra qərarım dəyişdi. Şokdayam, əsəbiyəm. Aldadılmaq çox qorxuncdur. Xoşniyyətli qadın ola bilərəm, amma axmaq deyiləm. Mənə atasının öldüyünü demişdi. Bütün bunlar mənə yaraşan şeylər deyil. Səhhətim də yaxşı deyil”.

Qeyd edək ki, iyunun 16-da 61 yaşlı Zerrin Özer özündən 26 yaş kiçik sevgilisi ilə nikah masasına oturub. Növbəti gün “Kanal D”-də yayımlanan “İkinci sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muratın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləyərək Zerrinin ərini biabır edib.

Bundan əlavə, M.Akıncının tanınmış homoseksuallarla münasibəti olması barədə faktlar üzə çıxıb. Belə ki, onun bir müddət öncə sosial şəbəkədə məşhurlaşan DJ Hakan Kakızla eşq yaşadığı məlum olub.

Загрузка...