Dünya şöhrətli aktrisa Ancelina Coli nüfuzlu “Time” jurnalının redaktoru seçilib.

Coli bu vəzifəyə məşhur dərginin rəhbəri Edvard Felsental tərəfindən təyin olunub.

Hollivud ulduzu Ancelinanın “Time” ilə əməkdaşlığı barədə danışıqlar ötən ilin aprel ayından başlayıb. 11 ildir ki, UNICEF-in xoşməramlı səfiri olan cazibədar aktrisa dərgidə insan və qadın hüquqları ilə bağlı müxtəlif məqalələr yazacaq.

Qeyd edək ki, Ancelina 18 ildir Birləşmiş Millətlər Təşkilatında çalışır. Coli sözügedən arenadan çıxış edərək, qaçqınların problemlərinin həlli yollarını önə çəkib.

Загрузка...