Kür çayının Salyan rayonundan keçən hissəsində batan yeniyetmə qardaşların adları məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Aşağı Noxudlu kənd sakinləri, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı iltəvəllüdlü Sadıqov Ramal Seymur oğludur.
Həmin şəxslər Kür çayında çimərkən boğulublar. Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.
Qeyd edək ki, hadisə bu gün təxminən saat 15 radələrində baş verib.
Faktla bağlı araşdırma aparılır.