Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edərək Müdafiə Sənayesi naziri təyin edib. Dövlət başçısının digər sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Əli Nağıyev təyin olunub.

Nağıyev Əli Nağı oğlu 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub. 2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla general-mayor hərbi rütbəsi verilib.

General-mayor Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Загрузка...