İyunun 19-da müğənni Narmeenin (Nərmin Behbudova) “Не твоя” mahnısına çəkdiyi klipinin təqdimatını keçirib.

BAKU.WS xəbər verir ki, bu müğənnin ilk klipidir. Nərmin Behbudova “O Səs Azərbaycan” da Manananın komandasında öz fərqli çıxışı və tərzi ilə maraq yaratmışdır.

Musiqinin sözləri Fərid Mamedova, musiqisi isə ifaçının özünə məxsusdur. Klipin prodüsseri Emin Kərimlidir. Musiqinin aranjimanı Los-Ancelesdə yerləşən studiyaların birində edilib. Ekran işini ukraniyalı rejissor Leşa Krupina ərsəyə gətirib.

Təqdimatda müğənni ona verilən suallara cavablandırdı. Müğənni tezliklə azərbaycan dilində ifa etdiyi mahnını da izləyicilərinə təqdim edəcək.

Qeyd edək ki, müğənni həm də Azərbaycanda fəaliyyət göstərən “Dervish Band” rok qrupunun solistidir.

Загрузка...