Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının həyətində meyit tapılıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, 1991-ci il təvəllüdlü Teymurov Tural Sakir oğlunun meyiti öz avtomobilində aşkarlanıb. Verilən məlumata görə, onun meyitini avtomobili ilə birlikdə iki yoldaşı gətirib, xəstəxananın həyətində qoyub qaçıblar.

Gəncin narkotik maddənin yüksək dozada istifadə edilməsi səbəbi ilə öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar - FOTO

28 yaşlı gəncin meyitini xəstəxananın həyətinə qoyub qaçdılar - FOTO

Загрузка...