Madridin “Real” klubunun rəhbərliyi dörd futbolçu ilə yollarını ayırmaq istəsə də, onlar klubdan getməkdən imtina edir.

Bu barədə “Sport.es” yazır.

Mənbənin məlumatına görə, klubun başbilənləri eyni zamanda doqquz futbolçunu satışa çıxarmaq barədə düşünür. Ancaq siyahıda yer alan futbolçular Qaret Beyl, İsko, Lukas Vaskes və Daniel rəhbərliyə komandanı tərk etmək fikrində olmadıqlarını bildiriblər.

Futbolçular hətta klubda qalmaq xətrinə 2019-2020-ci il mövsümündə meydana əvvəlki mövsümlə müqayisədə daha az çıxmağa belə razıdırlar.

Qeyd olunur ki, “Kral klubu” maliyyə feyr-pleyi şərtlərini yerinə yetirməsi üçün bəzi futbolçularını satmağa məcburdur. Belə ki, bu yay “Real” yeni transferlərə 300 milyon avrodan çox pul xərcləyib.

Загрузка...