Ötən gün təmtəraqlı şəkildə ərə gedən Türkiyənin məşhur müğənnisi Zerrin Özerin həyat yoldaşı Murad Akınca haqqında mediaya maraqlı iddialar sızıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanal D-də yayımlanan “2-ci Sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləyərək, 61 yaşlı Zerrinin yeni ərini biabır edib.

“Mahmud Atalay adından istifadə edir. Anası ilə birlikdə dələduzluq edir. Saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiyindən pullar anasının hesabına köçür. Özünü fitnes ustası kimi təqdim edir. 1 il 5 ay münasibətdə olduq. Sonra məndən borc istəməyə başladı. Müxtəlif bəhanələrlə məndən 30 min dollar pul aldı. Bir oğlum var, məni onu öldürməklə hədələdi.

Zerrin Özerlə toy fotolarını görüb çox sevindim. Çünki, 2016-cı ildən onu axtarıram”.

Загрузка...