Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Videodan da göründüyü kimi qatarların birinin vaqonu açıq şəkildə hərəkət edir.

Yayılan video ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, hadisə ötən həftə baş verib.

“Sosial mediada görüntüləri yayılan fakt “İçəri Şəhər” stansiyasından “Həzi Aslanov” istiqamətində gedən qatarda “28 May”- “Gənclik” stansiyalarının arasında qeydə alınıb.

Bu da texniki nasazlıq səbəbindən baş verib.

İlkin ehtimala görə, sərnişin sıxlığı səbəbindən nəzarətçi və maşinist qapının açıq qalmasını görməyib. Bununla bağlı araşdırma aparılır”, – deyə B.Məmmədov qeyd edib.

Загрузка...