12 il azadlıqdan məhrum olunan hərbiçi məhkumun etirafları – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum, keçmiş hərbiçi Yaşar Şükürovun həyat hekayəsindən danışılıb.

Yaşar Şükürov törətdiyi cinayətdən danışıb: “Gecələr başımı yastığa qoyanda döyüşləri yadıma salıb, o xatirələrlə yatıb, o xatirələrlə də dururam. Bu vətən üçün canımı qoymuşam, lazım olsa, istər burada, istərsə də azadlığa çıxandan sonra əlimə silah alıb vətənimi qoruyaram. İki övladım, 6 nəvəm var. Onların 4-nü görməmişəm. Lerikdə ucqar kənddə yaşayırlar, şərait pisdir.

Ən böyük nəvəmin 6 yaşı var. Onu görmüşəm, gələndə deyir ki, baba, gəl gedək. 2010-cu ildə həqiqətən üzərimdə silahla tutuldum. Həbsxanada çox sıxılırdım. Özüm özümü bağışlamıram, amma cinayət cinayətdir. Keçmiş hərbiçi yoldaşlarım tez-tez ziyarətə gəlir. Ən böyük çətinlik, azadlıqdır. Azadlıq üçün darıxıram. Buradan çıxandan sonra təsərrüfatla məşğul olacam”.

Загрузка...