Alimlər Şotlandiyada Stounhencdən də qədim süni adalar aşkar ediblər.

Bu barədə Oxu.Az “Phys.org”-a istinadən xəbər verir.

Bildirilir ki, bu tapıntı Xarici Hebrid adaları yerləşən göldə edilib.

İnsan əli tərəfindən hasil edilmiş adaların diametri 10 metrdən 30 metrə qədərdir və neolit dövrünə (e.ə. 3640 – 3360-cı illər) şamil edilir. Müqayisə üçün qeyd edək ki, Stounhenc isə təxminən e.ə. 2,5 min il əvvələ aiddir.

Bundan başqa, adaların yaxınlığında keramikadan qab da tapılıb. Alimlərin fikrincə, bu adalar ziyafət və dini mərasimlərin keçirilməsi üçün yaradılmışdı.

Загрузка...