Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Fox TV-ni cəzalandırıb.

Oxu.Az xəbər verir ki, buna səbəb “Fox Life”da Amerika istehsalı olan “Jane The Virgin” serialının yayımlanması olub.

Qeyd olunub ki, sözügedən serialda həmcinslərin münasibətləri qabardılıb, bu isə Türkiyə milli-mənəvi dəyərlərinə ziddir.

Həmçinin, RTÜK FOX TV-ni cəmiyyətin əxlaq dəyərlərini heçə saymaqda günahlandırıb.

Şura serialın yayımlanmasını dayadıraraq, kanalı yüksək məbləğdə cərimələyib.

Загрузка...