Azərbaycan millisinin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev İçərişəhərdən video paylaşıb.

Futbolçu sosial şəbəkə hesabında yerləşdirdiyi videoda uşaqlarla futbol oynayıb.

R.Şeydayev videonu “Bye-bye Baku” (Hələlik, Bakı – red.) başlığı ilə paylaşıb.

Qeyd edək ki, R.Şeydayev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində Macarıstana (1:3), Slovakiyaya (1:5) qarşı oyunlarda iştirak edib.

Загрузка...