Nizami rayonunda 2 avtomobil toqquşub, 5 nəfər yaralanıb.

Metronun “Qara Qarayev” stansiyası yaxınlığında “BMW” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillər arakəsməyə çırpılıb.

Qəza zamanı yaralanan 1979-cu il təvəllüdlü Rəhmanov Rasim Muxtar oğlu və 23 yaşlı Bilalov Azər Aydın oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. R.Rəhmanova sağ ayağın sınığı, sağ baldırın əziyi, A.Bilalova isə göz qapağının əzilmiş-cıyrılmış yarası diaqnozu qoyulub.

“Mercedes” markalı avtomobildə olan 7 yaşlı İsmayılova Xədicə Ramil qızı və onun qardaşı 3 yaşlı İsmayılov Turqay Ramil oğlu, 1985-ci il təvəllüdlü Qurbanova Sitarə Novruz qızı təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...